Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi: “15 gündən sonra koronavirusla bağlı vəziyyət daha da pisləşəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi: “15 gündən sonra koronavirusla bağlı vəziyyət daha da pisləşəcək”

İranlı rəsmi: “15 gündən sonra koronavirusla bağlı vəziyyət daha da pisləşəcək”


O deyib ki, xəstəliklə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün yeni qərarların verilməsi və insanların pandemiyanı ciddiyə almaması, ölkədə “Covid-19” infeksiyasının daha sürətlə yayılmasına səbəb olub: “Koronavirusun rəsmi olaraq, ölkədə peyda olunmasından 5 ay keçir. Lakin son bir aydan bu yana xəstəlik daha geniş yayılmağa başlayıb. Ölkənin elmi dairələri isə insanların bu epidemiya xəstəliyinə olan rəftarını nəzərə alaraq, belə bir vəziyyətin yaranacağını əvvəlcədən pronozlaşdırmışdılar.


15 gündən sonra ölkədə koronavirusla bağlı vəziyyət daha da pisləşəcək. Belə ki, pandemiya yoluxucu xəstəliyinə tutulanların, xəstəxanalara düşənlərin və infeksiyadan ölənlərin sayı daha da artacaq. Bunun səbəbi isə, ölkə əhalisinin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməməsi, xəstəliyi ciddiyə almaması və gigiyena qaydalarına riayət etməməsi ilə əlaqədardır. Hazırda isə koronavirus üçün insabnlardan götürülən test nümunələrinin 50%-i müsbət çıxır və bu kimi xəstələr xəstəxalarda yatmalı olurlar.


Təəssüflər olsun ki, insanlar və vətəndaşlarla əlaqədə olan bəzi məsul şəxslər xəstəliyi ciddiyə almır, onu zarafat kimi qəbul edirlər. Bir çox insanın maska taxmaması, bəzilərinin isə bu xəstəliyə ciddi yanaşmaması ölkədə indiki ağır duruma gətirib çıxarıb. Bunun isə qarşısı alınmalı, yoluxucu xəstgəliyin yayılmasının qarşısını almaq üçün hesab edirəm ki, yeni tədbirlər görmək lazımdır” -deyə, Tehran Tibb Universiteti rektorunun səhiyyə işləri üzrə müavini Əlirza Dilavəri əlavə edib.

Geri dön