Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı artır

Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı artır


Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı artmaqda davam edir.

Son sutka ərzində ən çox yoluxma Səudiyyə Ərəbistanında qeydə alınıb. Krallıqda daha 3 min 383 nəfər yeni növ koronavirusa yoluxub, 54 xəstə isə dünyasını dəyişib. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, yoluxma halları 198 min, vəfat edənlərin sayı isə 1752 nəfərə çatıb. Həfuf və Məkkə şəhərlərində daha çox insan COVID-19-a yoluxub.

Misirin Səhiyyə Nazirliyi son sutkada daha 1485 nəfərin COVID-19-a yoluxduğunu, 86 nəfərin isə vəfat etdiyini bildirib. Artıq ölkədə yoluxma halları 71 mini keçib, həyatını itirənlərin sayı 3120 nəfərdir.

Birləşmiş Ərəb Əmirliklərində də iyulun 2-də yeni növ koronavirusa yoluxanların sayı (400 nəfər) artıb, bir pasiyent vəfat edib. İndiyədək bu ölkədə 50 minə yaxın insan COVID-19-a yoluxub, 317 nəfər vəfat edib.

Əhalisinin sayı daha az olan Küveytdə isə son sutka ərzində rekord sayda – 919 yoluxma qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək 9 mindən çox insan yeni növ koronavirusa yoluxub, 359 xəstə vəfat edib.

Daha bir ərəb ölkəsi – Omanda son sutkada 1361 nəfər COVID-19-a yoluxub, indiyədək yoluxanların sayı isə 43 minə çatıb. Ölkənin Səhiyyə Nazirliyi bugünədək karantin xəstəxanalarında 188 nəfərin vəfat etdiyini bildirib.

Son sutka ərzində Qətərdə 915 yoluxma qeydə alınıb, iki nəfər vəfat edib. QNA xəbər agentliyinin məlumatına görə, COVID-19-a yoluxanların ümumi sayı 13 min nəfərə çatıb, 115 xəstə vəfat edib.

Geri dön