Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib

Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib


Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə səfər edib.

Stokholm şəhərində baş tutacaq tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qadın Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu, onların sosial durumu müzakirə ediləcək, Cənubi Azərbaycanda qadın hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlardan danışacaq. Səfər oktyabrın 30-da başa çatacaq.

Geri dön