Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Culfa rayonunda əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyəti yüksəldilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Culfa rayonunda əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyəti yüksəldilir

Culfa rayonunda əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyəti yüksəldilir


Cari ilin 5 ayı ərzində Culfa rayonunda 141 yeni telefon xətti çəkilib, 489 ünvan genişzolaqlı internet xidməti ilə təmin olunub.

Culfa Rayon Rabitə İdarəsindən bildirilib ki, ayrı-ayrı küçələrdən keçən xətlərdə yaranan nasazlıqlar da aradan qaldırılıb. Culfa şəhərinin Məmməd Əsgərov küçəsindəki 2736 və 42 saylı üçmərtəbəli binalarda aparılan əsaslı təmirlə əlaqədar xətt təsərrüfatı yenilənib. Hazırda rayonun Camaldın kəndində inşa olunan sosial obyektlərin xətt təsərrüfatının müasir tələblər səviyyəsində qurulması üçün işlər həyata keçirilir.

Qeyd edək ki, iyunun 1-nə olan məlumata görə, Culfa şəhərində biri inzibati binada olmaqla, 3 ATS istismar edilir, rayon üzrə ümumilikdə, 28 avtomat telefon stansiyası fəaliyyət göstərir. Telefon abunəçilərinin sayı 6938, internet xidmətlərindən istifadə edənlər isə 3960 nəfərdir.

Geri dön