Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin uyğurlara istibdad yaşadır ! - Dünya susur !
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Çin uyğurlara istibdad yaşadır ! - Dünya susur !

Çin uyğurlara istibdad yaşadır ! - Dünya susur !


“Söhbət milyonlarla türkün taleyindən gedir”

“Amma böyük dövlətlər də reaksiya verməlidirlər”


Çin rejiminin uyğur türklərinə qarşı vəhşiliyi davam edir. Milyonlarla uyğur məhkəmə edilmədən saxlanıldığı Çin düşərgələrində ağır təhqir və işgəncələrə, psixoloji və fiziki təzyiqlərə məruz qalır. Onlar zorla “çinliləşdirilir”, komunistləşdirilir və milli-dini mənsubiyyətləri unutdurulmağa çalışılır. Pekin hökuməti uyğurların “kökünü kəsmək” üçün bütün iyrənc metodlardan istifadə edir.

Uyğurların məruz qaldığı dəhşətli təzyiq üsullarından biri də məcburi doğum kontroludur. Hökumət bununla uyğur nüfuzunun artmasının qarşısını almağa çalışır. Son günlər bu məsələ daha sistematik hala gətirilib. Təəssüflər olsun ki, dünyanın gözü önündə yaşanan dəhşəti əksər dövlət və təşkilat görməzdən gəlir. Ara-sıra ABŞ prezidenti Donald Tramp məsələni gündəmə gətirərək, Çinin əleyhinə açıqlamalar verir. Uyğurlara yaşadılan istibdadı ən çox gündəmə daşıyan qardaş Türkiyədir. Lakin reallıq odur ki, Ankara da hələlik bəyanatlarla kifayətlənmək məcburiyyətində qalır.

Bu məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, bütün dünya belə təzyiqlərə qarşı mübarizə aparmalıdır:
“Dünya ölkələri bu hadisələrə adekvat cavab vermirlər. Ancaq illərdir, uyğur türklərinə qarşı zillət davam edir. Onların nəinki təhsil, səhiyyə, hətta yaşam hüquqları əllərindən alınır. Axı azad yaşamaq o insanların da haqqıdır. Bizim partiyamızda “Türk dünyası ilə əlaqədər” şöbə var. Müntəzəm olaraq bu işlə məşğul olur, müraciətlər edirik. Amma böyük dövlətlər də reaksiya verməlidirlər”.

F.Quliyev, həmçinin bildirdi ki, bütün türklərin gələcəyi təhlükə altındadır:

“Biz Türk dünyasının daha dərin inteqrasiyası naminə bu təzyiqlərə münasibət göstərməliyik. Növbə başqa türklərə da çata bilər. Və beləliklə, zaman-zaman bütün türk etnosu zərər görə bilər. Söhbət milyonlarla türkün taleyindən gedir. Odur ki, bu cür məsələlərə diqqətlə yanaşmalı, sabahımızı düşünməliyik”.

Kənan Novruzov/sherg.az

Geri dön