Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda idman avtomobillərinin yarışının sonuncu günüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Bakıda idman avtomobillərinin yarışının sonuncu günüdür

Bakıda idman avtomobillərinin yarışının sonuncu günüdür


Final yarışlarına başlamazdan öncə bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı keçirilib. Yarışların sonunda qaliblər müəyyənləşəcək.

Ötən gün Bakıda «City Challenge» yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışları keçirilib.

Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

«City Challenge» yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyir və bütün diqqət Bakıya yönəlib.

Bakıdan əvvəl «City Challenge» avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Geri dön