Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Superliqasının XXX turuna start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Türkiyə Superliqasının XXX turuna start verilib

Türkiyə Superliqasının XXX turuna start verilib


Futbol üzrə Türkiyə çempionatının XXX turunun birinci qarşılaşmasında "Dənizlispor" doğma meydanda "Qaziantep"i qəbul edib.

Maraqlı keçən qarşılaşmada yeganə qolu qonaqların yarımmüdafiəçisi Güray Vural vurub. Beləliklə, görüş 1:0 hesabı ilə "Qaziantep"in xeyrinə bitib.

Bundan əlavə, turda bu gün "Ankaragücü" - "Alanyaspor", "Yeni Malatyaspor" - "Gənclərbirliyi", "Antalyaspor" - "Başakşəhər", "Fənərbağça" – "Göztəpə", ertəsi gün isə "Kasımpaşa" - "Sivasspor", "Konyaspor" - "Rizəspor", "Qalatasaray" – "Trabzonspor" komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da "Kayserispor" –"Beşiktaş" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 60 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 58 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (46 xal), "Alanyaspor" (45 xal) və digər komandalar gəlir.

Geri dön