Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”


Ruhani, Şərqi Azərbaycan əyalətinin valisi və Təbriz Tibb Universiteti rektorunun əyalətdə xəstəliklə bağlı son durumu barədə hesabatlarını dinlədikdən sonra deyib ki, bəzi insanların koronavirusa adi bir xəstəlik gözü ilə baxması və gigiyena qaydalarına riayət etməməsi, xəstəliyin daha çox yayılmasına səbəb olur: “Hesab edirəm ki, ölkənin səhiyyə sektorunda çalışan bütün qurumlar və təşkilatlar bir-biri ilə əməkdaşlıq etməli, pandemiya xəstəliyinə qarşı birgə mübarizə aparmalıdır.


Düşünürəm ki, biz indiki vəziyyətdən sağ-salamat çıxmaq üçün hamımız bir-birimizin yanında olmalı, xəstəliklə bağlı bir sıra şeylərə riayət olunmasını təmin etməliyik. Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq.


Lakin əgər əhalinin hamısı gigiyena qaydalarına riayət etməsə və bununla bağlı edilən tövsiyələrə bganə yanaşsa, çətinliyə düşəcək, problemlə üz-üzə qalacağıq” -deyə, İran prezudenti Həsən Ruhani bildirib.

Geri dön