Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb

Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb


Ermənistanın Gümri şəhərində Rusiya hərbçisinin meyiti tapılıb.

Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı hərbçisinin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.

Geri dön