Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub

Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub


İyulun 5-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin final görüşü keçirilib.

Həlledici mərhələdə rəqibi Anna Uşenina (Ukrayna) üzərində 7:5 hesablı qələbə qazanan rusiyalı şahmatçı Valentina Qunina turnirin qalibi olub.

Rusiyanın daha bir şahmatçısı Yekaterina Laqno isə Sarasadat Hademalşariehı (İran) 9,5:2,5 hesabla məğlub edərək üçüncü yerə sahib olub.

Qeyd edək ki, yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

Geri dön