Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > 43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb

43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb


Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıb.

“ADY Konteyner”dən bildirilib ki, müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru “ADY Konteyner” olan “Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılıb, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.

Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, “Şərq-Qərb” marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar–epidemioloji normalara riayət olunmaqla fasiləsiz davam etdirilir.

Geri dön