Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib


“İftira və yalan yayma”da günahlandırılan Nəsirzadəyə daha öncə məhkəmə tərəfindən bəraət hökmü verilmişdi. Sarab sakini olan milli fəalın dosyesinə bəraət hökmünü ləğv edən Maku Cəza Məhkəməsinin 2-ci şöbəsi baxacaq.





Qeyd edək ki, azərbaycanlı müəllim daha öncə İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında anti-türk və anti-Azərbaycan mətləblərin olduğuna etiraz etdiyi üçün 2 il Zəncan yaxınlığında olan Qeydar (Xudabəndə) şəhərinə sürgünə məhkum edilmişdi.





Nəsirzadə “Azərbaycanın dilbər guşəsi Daşmakıdan neçə şair”, “Tomirs ana”, “Arazın seçilmiş əsərləri” və “3 dilli Araz lüğəti” kimi əsərlərin müəllifidir.





O, Azərbaycan türk millətinin milli-mədəni haqlarının bərpası üçün fəaliyyətlərinə görə dəfələrlə təzyiqlərə məruz qalıb, mühakimə edilərək həbs edilib.

Geri dön