Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”


Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün ali təhsil ocaqlarına giriş imtahanlarının təxirə salınmasının məqsədə uyğun olmasına toxunan Əlirza Zali deyib ki, xəstəliklə bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etmək lazımdır: “Hesab edirəm ki, qısa müddətə olsa belə, sərt karantin rejimi ilə bağlı tətbiq edilən əvvəlki məhdudiyyətlər yenidən tətbiq edilməlidir.


Bundan əsas məqsədimiz isə, həddən artıq yorulmuş tibbi personala müvəqqəti istirahət etmək üçün bir fürsət yaratmaqdır. Düşünürəm ki, pandemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün daha ciddi və sərt qərarlar qəbul etmək lazımdır” -deyə, Tehran əyalətinin Koronavirusla Mübarizə Qərargahının komandanı Əlirza Zali bəyan edib.

Geri dön