Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək


İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal Yusif Əzizi Bənitorof yaydığı videoda Abbas Lisaninin “Azərbaycan millətinin tələbkar ruhu” olduğunu vurğulayıb.





"Abbas Lisani mədəni türk fəallıdır. Onun millətinin qanuni hüquq və tələblərini dinc və sivil şəkildə ifadə etməkdən başqa heç bir günahı yoxdur,” deyə İranda İrqçiliyə Qarşı Mübarizə Mərkəzinin katibi vurğulayıb.



Həmçinin insan hüquqları cəmiyyəti olan Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif azərbaycanlı milli fəal barəsində çıxarılan həbs və sürgün hökmlərini qınayıb.





Bəluc fəal Abbas Lisaniyə qarşı çıxarılan hökmlərin beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu xatırladaraq azərbaycanlı siyasi məhbusun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib


Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu da tanınmış fəal barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Geri dön