Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib

Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib


Paytaxtın "Neftçi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat olub.

Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanılıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Geri dön