Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək


Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəmizi turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

İyulun 21-də start götürəcək və 3 gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr ediləcək.

Ümumilikdə, 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.

Geri dön