Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib


Məlumatlara əsasən, razılaşma dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağırinin Suriyaya etdiyi rəsmi səfər çərçivəsində bu ölkənin Müdafiə naziri Əli Eyyubla görüşündə əldə edilib.


Bundan sonra İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək.


Məhəmməd Bağıri görüş zamanı əldə edilmiş razılaşmanı Amerika Birləşmiş Ştatlarının təqyiqləri ilə mübarizənin möhkəmləndirilməsi istiqamətində atılmış "ciddi addım" adlandırıb.


İran Suriyanın hava hücumundan müdafiə sistemini özünün ağır iqtiasdi problemlərlə üz-üzə olduğu və vətəndaşlarının məişət səviyyəsinin getdikcə ağırlaşdığı bir vəziyyətdə qəbul edilib. Keçən illər ərzində İranda keçirilmiş xalq etirazlarında insanlar əsas etibarilə iranlı rəsmilərdən Suriya, Livan, Yəmən, Fələstin və digər bu kimi ölkələrdəki qruplaşmalara göstərilən maddi yardımı kəsməyi tələb ediblər.


Digər tərəfdən, razılaşmanın İsrailin hava hücumları qarşısında aciz qalan Suriya HHQ-nin təkmilləşdirilməsi üçün qəbul edildiyi düşünülür. Təqribən son 3 il ərzində İsrail qırıcıları Suriyada yerləşən İranın və ona bağlı yaraqlıların mövqelərinə yüzlərlə hava zərbəsi endirib, nəticədə çoxlu sayda yaraqlı, eləcə də iranlı və suriyalı hərbçi həlak olub. Suriya HHQ həmin hücumlardan heç birinin qarşısını almağa müvəffəq olmayıb.

Geri dön