Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar


Məlumata əsasən, Təbrizin mərkəzi zindanının 12-ci korpusunda saxlanılan ata və oğul iyulun 9-da 3 gün müddətinə müvəqqəti azadlığa buraxılıblar.





Hər iki fəal iyunun 6-da Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, barələrində çıxarılmış 6 ay həbs müddətini çəkmək üçün Təbrizin Mərkəzi zindanına aparılmışdılar.





Xatırladaq ki, Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah” və təhlükəsizlik əməkdaşları tərəfindən saxlansalar da, sonradan 50 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, sərbəst buraxılmışdılar.





Təbriz inqilab məhkəməsi hər iki fəalı yazılı vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaqda, bir sıra şəhər tablolarında rejimə qarşı yazı və şüarlar yazmaqda və həmin yazıları videoya çəkərək sosial şəbəkələrdə yaymaqda günahlandıraraq, onların hər birini 6 ay həbsə məhkum edib.





Təbriz inqilab məhkəmənin ata və oğlu barəsində çıxardığı 6 aylıq həbs qərarına Təbriz Apellyasiya Məhkəməsində baxılsa da, hər iki fəala çıxarılan hökm qüvvədə saxlanılıb.

Geri dön