Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb


İyulun 10-da jurnalistlərlə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 12 min 447 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 252 min 720 nəfərə yüksəlib.


Sözçü bildirib ki, indiyədək 215 min 15 nəfər də xəsəlikdən tam sağalaraq evə buraxılıb. Sima Sadat Lari sonda qeyd edib ki, “Covid-19” pandemiya yoluxucu xəstəliyinə tutulan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3319 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi yaydığı rəsmi statistikada, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 12 447 nəfərə, yoluxanların sayının isə 252 720 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 69000 nəfəri keçdiyini, 2 milyon 700 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön