Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 550 min nəfərə çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 550 min nəfərə çatır

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 550 min nəfərə çatır


Afrika ölkələrində COVID-19-a yoluxanların sayı sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, qitədə artıq 550 min nəfərə yaxın yeni növ koronavirusa yoluxma qeydə alınıb, 12 min 500 pasiyent isə vəfat edib.

Ən çox yoluxma Cənubi Afrikada Respublikasında (CAR) qeydə alınıb. Belə ki, son sutkada bu ölkədə 13 675 nəfər COVID-19-a yoluxub, 121 pasiyent isə vəfat edib. Pandemiyanın yayıldığı ilk gündən bəri Cənubi Afrikada 221 min insan bu virusa yoluxub. CAR Səhiyyə Nazirliyi 2 milyon nəfərin testdən keçdiyini bəyan edib.

Misirdə son sutka ərzində COVID-19-a 950 nəfər yoluxub, daha 53 pasiyent isə vəfat edib. Bu ölkədə yoluxma halları 80 min nəfərə yaxınlaşıb, vəfat edənlərin sayı isə 3617-dir. Misirin Səhiyyə Nazirliyi bildirib ki, artıq ölkənin farmasevtika sənayesi karantin xəstəxanalarını COVID-19-un müalicəsində effektiv olan “Remdesivir” dərman preparatı ilə təmin edir.

ÜST-nin məlumatında qeyd edilir ki, son bir ay ərzində Afrikanın 22 ölkəsində COVID-19-a yoluxma halları iki dəfə artıb. CAR ilə yanaşı, ən çox yoluxma Əlcəzair, Misir, Qana və Nigeriyada qeydə alınıb. ÜST qitə ölkələrinə yardım məqsədilə 25 min tibb işçisinə təlim keçib, 3 min ədəd oksigen konsentratoru, 23 min ədəd “GeneXpert” test aparatı, 4 milyondan çox tibbi maska və həkimlər üçün qoruyucu geyim göndərib.

Geri dön