Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb


Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 24 saat ərzində daha 2397 nəfərin infeksiyaya yoluxduğunu, bununla da ümumi yoluxma statistikasının 255 117 nəfərə çatdığını bildirib.


Sözçünün dediklərinə əsasən, bu günə qədər 217 666 xəstə tam sağalaraq evə buraxılıb. Mövcud xəstələrdən isə vəziyyəti ağır olan 3338 nəfər intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


O, həmçinin qeyd edib ki, indiyədək ölkədə 1 milyon 948 min 114 koronavirus testi həyata keçirilib.


Sima Sadat Lari sonda qeyd edib ki, koronavirusun yayılması səbəbindən 15 əyalət qırmızı və fövqəladə hal vəziyyətindədir.

Geri dön