Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın cənub-qərbində güclü yağışlardan sonra bərpa işlərinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Yaponiyanın cənub-qərbində güclü yağışlardan sonra bərpa işlərinə başlanılıb

Yaponiyanın cənub-qərbində güclü yağışlardan sonra bərpa işlərinə başlanılıb


Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında güclü yağışlardan sonra bərpa işlərinə başlanıb.

Kyodo agentliyi xəbər verir ki, leysan yağışların əmələ gətirdiyi torpaq sürüşmələri və daşqınlar nəticəsində 68 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

Adanın bir sıra rayonlarında könüllülər palçığı və qırıntıları təmizlədikdən sonra təbii fəlakətdən ziyan çəkənlər üçün müvəqqəti yaşayış yerlərinin inşasına başlanılıb.

Yaponiya Torpaq Ehtiyatları Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində ölkənin cənub-qərbində yerləşən 12 prefekturada 101 çay məcrasından çıxaraq 1550 hektar ərazini su altında qoyub. Güclü yağışların keçdiyi ərazidə 12 min 600-dən çox tikilinin zərər çəkdiyi bildirilir.

Kyuşü adasında yerləşən 99 ahıllar evi güclü yağışdan ziyan çəkib. Kuma çayının daşması nəticəsində su altında qalan Sencuan ahıllar evində 14 nəfər həlak olub. Hazırda həmin tikililərə elektrik enerjisinin və suyun verilməsi üçün iş aparılır.

Kumamoto prefekturası ərazisində yerləşən 13 dövlət məktəbinin gələn həftədən bağlanacağı da bildirilir. Koronavirus pandemiyasına görə bağlanmış həmin məktəblərdə dərslər cəmi bir ay bundan əvvəl bərpa olunub.

Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin bildirdiyinə görə, həmin prefekturanın ərazisində yerləşən təsərrüfatlara 11,5 milyard yendən (təqribən 110 milyon dollar) çox zərər dəyib

Geri dön