Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda petrokimya zavodunda yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda petrokimya zavodunda yanğın baş verib

İranda petrokimya zavodunda yanğın baş verib


Zavodun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, günorta saatlarında başlayan yanğın bir neçə saat ərzində söndürülüb.


Yerli media orqanları hadisənin günorta saat 5 radələrində neft məhsullarının sızması nəticəsində baş verdiyini bildirirlər.


Hadisə nəticəsində mümkün insan təlafatı, eləcə də zavoda dəyən zərərlə bağlı məlumat verilmir. Lakin yanğının müəssisənin fəaliyyətində müəyyən axsamalar yaratdığı deyilir.


Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın bir neçə mühüm hərbi və sənaye müəssisəsində partlayış və yanğın baş verib. Hələlik həmin hadisələrin baş vermə səbəbləri detallı olaraq İran ictimaiyyətinə açıqlanmır.

Geri dön