Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib


Bu barədə məlumat yayan İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bildirib ki, Rza Əsgəri adlı həmin şəxs İran Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin əməkdaşı olub və 2016-cı ildə təqaüdə çıxıb.


Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilən Əsgəri İranın raket proqramı ilə bağlı bəzi məlumatları onlara ötürüb.


Qulamhüseyn İsmayıli Ədgərinin keçən həftə edam edildiyini deyib.


Sözçü sonda bildirib ki, CİA və Mossad-a İranın Müdafiə Nazirliyi, "Sepah"ın "Qüds Briqadası", İranın Suriyada "hərbi müşavirə verən hərbçiləri", eləcə də Qasım Süleymaninin getdiyi və qaldığı yerlər barədə məxdfi məlumatları ötürməkdə günahlandırılan Məhəmməd Musavi Məcidə qarşı çıxarılmış edam hökmü qüvvəyə minib və icra ediləcək.


Xatırladaq ki, 2019-cu ilin iyul ayında da İran Məhkəmə Sistemi CİA-ə casusluqda ittiham edilən Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin müqavilə əsasında çalışan əməkdaşı Cəlal Hacızəvarın edam edildiyini bəyan etmişdi. Onun həyat yoldaşı Leyla Tacik isə oxşar ittihamla 15 il həbsə məhkum edilmişdi.


İnsan haqları təşkilatı Cəlal Hacızəvarın işgəncə altında ittihamları qəbul etdiyini bildirərək, edam hökmünü kəskin qınamışdılar.


Bundan başqa, İranın Milli Təhlükəsizlik Nazirliyi (ETTELAAT) 2019-cu ilin iyul ayının 22-də keçirdikləri əməliyyat nəticəsində Müdafiə Nazirliyinə məxsus mərkəzlərdə "casusluq edən" 17 nəfərin aşkar edilərək saxlandığı və onlardan bir neçəsinin edam edildiyi barədə məlumat yaymışdı.


Məsələyə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp tutulanların ölkəsinə casusluq etmədiklərini deyərək, İran tərəfinin yaydığı xəbərləri tamamilə saxta və cəfəngiyat adlandırmışdı.

Geri dön