Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndiyədək ölkəmizdə koronavirusla əlaqədar 584 mindən çox test aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İndiyədək ölkəmizdə koronavirusla əlaqədar 584 mindən çox test aparılıb

İndiyədək ölkəmizdə koronavirusla əlaqədar 584 mindən çox test aparılıb


İyulun 14-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 584 min 466-ya çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8644-ə bərabərdir. Xəstələrdən 361 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 14-də Azərbaycanda koronavirus infeksiyasına daha 543 yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.

Geri dön