Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb

Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb


Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, cari ilin ilk 3 ayında (mart 21-iyun 21) baş verən yol qəzaları nəticəsində 194 nəfər dünyasını dəyişib.





Səfayifərd bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 230 nəfərdən ibarət idi- 16 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 166-sı kişi, 28-i isə qadın olub.





Səfayifərd qeyd edib ki, cari ilin ilk 3 ayında 130 nəfər şəhərlər arası, 47 nəfər şəhərdaxili və 6 nəfər Şərqi Azərbaycandan kənar yollarda baş verən qəzalarda dünyasını dəyişib.





“Qeyd olunan müddətdə Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 3 min 310 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 2 min 529-u kişi, 781-i qadın olub,” deyə Səfayifərd əlavə edib.





Bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 4 min 330 nəfərdən ibarət idi- 12 faiz azalma göstərir.





Səfayifərd əlavə edib ki, “Xurdad ayında (may 21- iyun 21) Şərqi Azərbaycanda 99 nəfər yol qəzalarının qurbanı olub”.





Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib, 4 min 800 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Geri dön