Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda koronavirusa daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər sağalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanda koronavirusa daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər sağalıb


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib. Aktiv xəstə sayı 8651 nəfərdir.

Ötən müddət ərzində 592 min 778 test aparılıb. Bugünkü test sayı isə 8312-dir.

Geri dön