Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi: “Sabahdan etibarən, Tehranda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi: “Sabahdan etibarən, Tehranda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq”

İranlı rəsmi: “Sabahdan etibarən, Tehranda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq”


Bu barədə, İran Səhiyyə Nazirliyinin mühit və iş yerlərində sağlamlıq mərkəzinin sədr müavini Möhsün Fərhadi bu gün mediaya açıqlamasında məlumat yayıb.


Fərhadi deyib ki, sabahdan etibarən, Tehrandakı hökumət qurumları minimum işçi qüvvəsi ilə fəaliyyətlərini davam etdirəcəklər: “Şənbə günündən etibarən, idman sahəsində yeni məhdudiyyətlər tətbiq ediləcək və bir-biri ilə yaxın təmasda olan komandalar arasındakı yarışlar ləğv edilir. Yalnız, özünə xas həssaslığı ilə tanınan super liqa oyunlarında komandalar bəzi məhdudiyyət və qaydalara riayət edərək bir-birləri ilə yarışa biləcəklər.


Sabahdan həmçinin idman və fitnes klublarının, üstüörtülü hovuzların fəaliyyətinə qadağa qoyulacaq. Yeni məhdudiyyət və qadağalar toy və yas mərasimlərinə, eləcə də bir sıra ictimai və mədəni toplantılar və mərasimlərin keçirilməsinə də şamil ediləcək. Bundan başqa, öz müştərilərinə qəlyan təklif edən çayxana və kafelərin, həmçinin zoopark və əyləncə mərkəzlərinin fəaliyyəti də dayandırılacaq” -deyə, İran Səhiyyə Nazirliyinin mühit və iş yerlərində sağlamlıq mərkəzinin sədr müavini Möhsün Fərhadi bəyan edib.

Geri dön