Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəzvin əyalətində toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəzvin əyalətində toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub

Qəzvin əyalətində toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub


Bu barədə, Qəzvin əyalətində Koronavirusa Qarşı Mübarizə Qərargahının sədr müavini Mənuçehr Həbibi mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, Qəzvin əyalətində koronavirusun ikinci dalğasının başlanma ehtimalını və xəstəliyə yoluxanlarfın sayının artdığını nəzərə alaraq, toy və yas mərasimlərinin, eləcə də toplantılarla tədbirlərin keçirilməsi növbəti xəbərdarlığa qədər qadağandır: “Ümid edirik ki, müxtəlif qurumlar və əhali gigiyena qaydalarına riayət edəcək, teat salonları və mehmanxanalar da bu qadağaya riayət edəcəklər.


Xoşbəxtlikdən qonşu əyalətlərlə müqayisədə Qəzvin əyalətində “Covid-19” infeksiyası ilə bağlı vəziyyət daha yaxşıdır. Lakin buna baxmayaraq xəstəliyə yoluxanların statistikası qeyri sabitdir və əgər məsələyə ciddi yanaşmasaq, yeni çətinliklərlə üz-üzə qalmalı olacağıq” -deyə, Qəzvin əyalətində Koronavirusa Qarşı Mübarizə Qərargahının sədr müavini Mənuçehr Həbibi əlavə edib.

Geri dön