Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir

İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir


Sosial şəbəkələrdə yayılan yeni məlumatlara görə, hazırda, Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı təxribat törətdiyi bir vaxtda bu vəziyyət yenə davam edir.


Sosial şəbəkə istifadəçiləri İranın Ermənistanla sərhədyanı bölgələrində yaşayan insanlara istinadən bu barədə məlumat yayıblar.


Bildirilir ki, İran hazırda quru yolla Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə və Ermənistana çoxsaylı tankerlərlə yanacaq, qida məhsulları və digər əmtəələr göndərir.

Qeyd etmək lazımdır ki, aprel ayında işğal edilmiş Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırılan ermənilər İranın Qarabağa onlarla tankerlə göndərdiyi yanacağı ehtiva edən görüntülər paylaşmışdılar. Bu məsələ həm Azərbaycan xalqının, həm də dövlətinin kəskin etirazına səbəb olduğundan, İran rəsmiləri həmişə olduğu kimi, yenə də yalanlarla faktı inkar etməyə çalışmışdılar. Həmin görüntüləri bir daha təqdim edirik:

Geri dön