Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 2414 nəfər koronavirusa yoluxub, 217 xəstə vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 2414 nəfər koronavirusa yoluxub, 217 xəstə vəfat edib

İranda daha 2414 nəfər koronavirusa yoluxub, 217 xəstə vəfat edib


Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində ölkədə 2414 Covid xəstəsi aşkarlanıb. Bununla da, İranda indiyədək koronavirusa yoluxanların sayı ümumi olaraq 276 202 nəfərə çatıb.


Sözçü həmçinin qeyd edib ki, bu günə qədər 240 087 xəstə tam sağalaraq evə buraxılıb. Hazırda isə vəziyyətə ağır olan 3583 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


Sadat Lari sonda bildirib ki, indiyədək İranda 2 milyon 175 min 217 koronavirus testi həyata keçirilib.

Geri dön