Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 36 mindən çox məhkum müvəqqəti azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda 36 mindən çox məhkum müvəqqəti azadlığa buraxılıb

İranda 36 mindən çox məhkum müvəqqəti azadlığa buraxılıb


İranda koronavirusun geniş yayılması ilə əlaqədar 36 mindən çox məhkum müvəqqəti olaraq azadlığa buraxılıb.

Bu barədə İranın Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulamhüseyn İslami məlumat verib. O bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə İran ədliyyəsi zindanda yatanların sayını azaltmaq qərarı verib. Qərara uyğun olaraq 36 min 283 məhkum müvəqqəti olaraq evlərinə buraxılıb.

Onun sözlərinə görə, məhkumlar kütləvi şəkildə deyil, mərhələlərlə azadlığa buraxılıb və koronovirus pandemiyası başa çatdıqdan sonra, cəzalarının qalan hissəsini də çəkəcəklər.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar İranın bu addımını təqdir ediblər.

Geri dön