Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda COVID-19 infeksiyasına yoluxan 850 nəfər xəstəxanalara yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda COVID-19 infeksiyasına yoluxan 850 nəfər xəstəxanalara yerləşdirilib

Şərqi Azərbaycanda COVID-19 infeksiyasına yoluxan 850 nəfər xəstəxanalara yerləşdirilib


Bu barədə Təbriz Tibb Universitetinin rektor müavini Ruzbeh Rəcayi məlumat verib. “İnfeksiyaya yoluxanlardan 200 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə Rəcayi bildirib.





Daha öncə Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əyalətdə hər gün orta hesabla 400 yeni koronavirusa yoluxma faktının aşkar edildiyini açıqlamışdı.





Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də 652 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 328 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 114 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfər dünyasını dəyişib.





Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 561 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 167 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 52 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 28 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 574 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 5 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 255 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 38 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 623 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 71 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə 349 nəfər xəstəxanaların xüsusi bölmələrində müalicə alır. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin son 24 saatda əyalətdə daha 11 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 639 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 303 nəfərə çatdığını bildirib.

Geri dön