Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Avstraliyadakı səfirliyi ermənilərin Azərbaycan səfirliyinə qarşı vandalizm aktını kəskin pisləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyənin Avstraliyadakı səfirliyi ermənilərin Azərbaycan səfirliyinə qarşı vandalizm aktını kəskin pisləyib

Türkiyənin Avstraliyadakı səfirliyi ermənilərin Azərbaycan səfirliyinə qarşı vandalizm aktını kəskin pisləyib


Türkiyənin Avstraliyadakı səfirliyi bu ölkədə yaşayan ermənilərin bir neçə gün bundan əvvəl Azərbaycan səfirliyinə qarşı törətdiyi vandalizm aktını kəskin pisləyib.

Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan sonra Avstraliyada yaşayan ermənilər tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı vandalizm aktı törədilib.

Türkiyənin Avstraliyadakı səfirliyi internet resurslarında ermənilərin bu təxribatını Ermənistan dövlətinin təcavüzünün növbəti nümunəsi olduğunu açıqlayaraq, Azərbaycan səfirliyinə edilən hücumu ən sərt şəkildə qınadığını açıqlayıb. Qardaş ölkənin paytaxt Kanberradakı səfirliyi açıqlamasında Türkiyənin bütün imkanları ilə Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Bununla yanaşı, Türkiyə səfirliyinin diplomatları Azərbaycan səfirliyi ilə əlaqə saxlayıblar. Türkiyənin Avstraliyada hərbi attaşelik aparatının təmsilçiləri və Daxili İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan səfirliyini ziyarət edərək öz dəstəklərini ifadə ediblər.

Türkiyə səfirliyi tərəfindən göstərilmiş dəstək və diqqətə görə minnətdarlığını ifadə edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov ölkələrimizin hər zaman bir-birinin yanında olacağını əminliklə vurğulayıb.

Geri dön