Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili: Azərbaycan mədənlərinin gəliri Azərbaycan üçün sərf edilməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Millət vəkili: Azərbaycan mədənlərinin gəliri Azərbaycan üçün sərf edilməlidir

Millət vəkili: Azərbaycan mədənlərinin gəliri Azərbaycan üçün sərf edilməlidir


“Bu günə kimi Əndəryan qızıl mədəninin günlük və ya illik hasilatı haqqında heç bir məlumat verilməyib. Bu mədəndə hansı fəaliyyətlərin aparıldığı bəlli deyil,” deyə o bildirib.





O, ölkədə hakim olan rant iqtisadiyyatı nəticəsində mədənlərin səriştəsiz şəxslərə verildiyini qeyd edərək ölkə mədənlərinin bu şəxslər tərəfindən “girov götürüldüyünü” deyib.





Mədən sənayesində vasitəçilərin işə cəlb olunması bu sənayenin düzgün inkişafının qarşısını aldığını deyən Dehqani Əndəryan qızıl mədənində də belə bir şəraitin hakim olduğunu, xarici tərəflərin də işə cəlb olunduğunu vurğulayıb.





Millət vəkili yaxın zamanlarda Əndəryan mədənindən sızan zəhərli sianid maddəsinin yeraltı suları çirkləndirməsi nəticəsində ətraf kəndlərdə mal-qaranın toplu şəkildə ölməsi hadisəsini xatırladaraq, bəzi şəxslərin bu hadisəni “normal hal” kimi göstərməyə çalışdığını qeyd edib.

O, bu qəbil hərəkətləri “şərqi Azərbaycan əyalətinin əhalisinə xəyanət” olaraq dəyərləndirib.





Qeyd edək ki, Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə zəhərlənmiş olur.





Dehqani həmçinin ölkədə mis ehtiyatı baxımından birinci yeri tutan Süngün mədəninin gəlirlərinin yerli xalq üçün sərf edilməməsini də tənqid edib.





“Bizim payımıza sadəcə bu mədəndə fəhləlik edib maaş almaq düşüb. Süngün mis mədənindən istehsal olunan mis 700 milyon dollara satılırdı. Dolların hazırkı məzənnəsi ilə hesablandıqda bu rəqəm 15 min milyard dollara çatır. Bu məbləğdə böyük investisiya dünyanın istənilən yerində inkişaf və böyük irəliləyişlə nəticələnər,” deyə millət vəkili vurğulayıb.





O, əlavə edib ki, Süngün mis mədəninin gəlirlərinin hamısı və ya ən azından 50 faizi Şərqi Azərbaycan əyalətinin inkişafı üçün sərf edilməlidir.





Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

Geri dön