Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 215 nəfər koronavirusdan ölüb, 2489 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 215 nəfər koronavirusdan ölüb, 2489 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

İranda daha 215 nəfər koronavirusdan ölüb, 2489 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb


Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari dediyib ki, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 15 min 289 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 286 min 523 nəfərə çatıb.


Sima Sadat Larinin dediyinə görə, indiyədək 249 min 212 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3653 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 15 289 nəfərə, yoluxanların sayının 286 523 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 76 500 nəfəri keçdiyini, 4 milyon 300 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.


Geri dön