Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 216 nəfər koronavirusdan vəfat edib, 2333 nəfər pandemiya xəstəliyinə yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 216 nəfər koronavirusdan vəfat edib, 2333 nəfər pandemiya xəstəliyinə yoluxub

İranda daha 216 nəfər koronavirusdan vəfat edib, 2333 nəfər pandemiya xəstəliyinə yoluxub


Bu barədə iyulun 26-da mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 15 700 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 291 172 nəfərə çatıb.


Sima Sadat Lari deyib ki, indiyədək 253 213 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda bildirib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicə alan 3695 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 15 700 nəfərə, yoluxanların sayının 291 172 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 77 500 nəfəri keçdiyini, 4 milyon 500 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

Geri dön