Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirusla əlaqədar reanimasiyada müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Koronavirusla əlaqədar reanimasiyada müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb

Koronavirusla əlaqədar reanimasiyada müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb


Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 314 nəfərdir. İyulun 25-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 313 nəfər idi.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Həmçinin bildirilib ki, süni tənəffüs cihazına qoşulan xəstələrin sayında azalma var. Belə ki, reanimasiya şöbəsində müalicə alan xəstələrdən 70 nəfəri süni tənəffüs cihazına qoşulub. İyulun 25-də isə bu say 76-ya bərabər idi.

Qeyd edək ki, hazırda ölkəmizdə 6 min 949 aktiv koronavirus xəstəsi var.

Geri dön