Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda zərdüşti din adamı Arəş Kəsrəvi qətlə yetirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda zərdüşti din adamı Arəş Kəsrəvi qətlə yetirilib

İranda zərdüşti din adamı Arəş Kəsrəvi qətlə yetirilib


Bu barədə, İrandakı zərüştilərə aid xəbər saytları iyulun 25-də məlumat yayıb.


Bildirilir ki, üç gün axtarışdan sonra iyulun 25-də Kirman əyalətinin Mahan şəhərində Arəş Kəsrəvinin və onunla birlikdə yoxa çıxmış iki müsəlman dostunun meyitləri tapılıb. Yerli polis və zərdüşti mənbələr 53 yaşlı Arəş Kəsrəvinin iki dostu ilə birlikdə naməlum şəxslər tərəfindən qətlə yetirildiyini təsdiqləyiblər.


Zərdüşti din adamı ilə birlikdə qətlə yetirilən digər iki şəxsin adları mediaya açıqlanmayıb.


Baş vermiş cinayətlə bağlı iyulun 25-də Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı ilə görüşən zərdüştilərin İran parlamentindəki deputatı İsfəndiyar İxtiyari, Arəş Kəsrəvini və iki dostunu qətlə yetirən qatillərin tezliklə yaxalanmasını və qətlin səbəbinin araşdırılmasını tələb edib.


Yayılan məlumatda qeyd edilir ki, 10 il əvvəl ailəsi ilə birlikdə Amerikanın Kaliforniya ştatına mühacirət edən Arəş Kəsrəvi, ötən il dünyasını dəyişən atasının dəfn və yas mərasiminə qatılmaq və ondan qalan mirasla bağlı vərəsəlik işinin həlli üçün ölkəyə qayıtmış və həmin vaxtdan Kirmanda yaşayırdı.

Geri dön