Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda koronavirus: 120 xəstə süni tənəffüs aparatı növbəsində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda koronavirus: 120 xəstə süni tənəffüs aparatı növbəsində

Şərqi Azərbaycanda koronavirus: 120 xəstə süni tənəffüs aparatı növbəsində


Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.





“Vəziyyəti ağır olan 120 xəstə hazırda ventilyasiya (süni tənəffüs) aparatı növbəsində gözləyir,” deyə Somi qeyd edib.

O həmçinin, ventilyasiya aparatına bağlanan koronavirus xəstələrinin yaşama şansının 50 faiz olduğunu bildirib.





Tibb Universitetinin rektoru Şərqi Azərbaycanda hər gün orta hesabla 150 yeni koronavirusa yoluxma halının aşkar edildiyini deyib. Xəstəxanalarda çarpayıların 80 faizinin dolu olduğunu bildirən Somi vəziyyət təsəvvür olunandan daha təhlükəli hala gəldiyini vurğulayıb.





Rəsmi Şərqi Azərbaycanda hər gün 12 nəfərin koronavirusdan öldüyünü qeyd edib.





Əyalətdə COVID-19 virusuna yoluxanların ümumi sayı 24 min nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 980 nəfərə çatıb.

Geri dön