Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gilan əyalətində hər gün 65 nəfər koronavirusa yoluxur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Gilan əyalətində hər gün 65 nəfər koronavirusa yoluxur

Gilan əyalətində hər gün 65 nəfər koronavirusa yoluxur


O deyib ki, Gilanda hər gün ən azı 65 nəfər “Covid-19” infeksiyasına toxunur: “Hazırda koronavirusa yoluxmuş 300 nəfər Gilanın müxtəlif şəhərlərinin xəstəxanalarında müalicəsini davam etdirir. Bir neçə həftə əvvəl bu rəqəm 150 nəfər idi. Lakin təəssüflər olsun ki, əhalinin xəstəliyi ciddiyə almaması səbəbilə indi bu rəqəm 300-ə çatıb.


Hazırda gilanlıların təxminən demək olar ki, yalnız 50%-i ictimai məkanlarda və şəhərə çıxanda maska taxırlar. Bu isə yetərincə deyil. Bir daha xəbərdarlıq edərək bildiririk ki, əgər Gilan əhalisi xəstəliyə ciddi yanaşmasa, koronavirus pandemiyasına yoluxanların sayı getdəkicə daha da artacaq.


Gilan “Covid-19” xəstəliyinin yayılması baxımdan ölkənin fövqəladə hal vəziyyətində olan əyalətlərindən biridir. Hesab edirəm ki, xəstəliyə yoluxmanın qarşısının alınmasının yeganə yolu, gigiyena qaydalarına riayət olunmasıdır.


Əyalət sakinləri xəstəliyə yoluxmaq istəmirlərsə, gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez sabunla yumalı, başqalarından məsafə saxlamalı və maska taxmağı unutmamalıdırlar” -deyə, Gilan əyalətinin Tibb Universiteti rektorunun səhiyyə işləri üzrə müavini Abtin Heydərzadə bəyan edib.

Geri dön