Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəal Həmid Cabbarlı sərbəst buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal Həmid Cabbarlı sərbəst buraxılıb

Güney azərbaycanlı milli fəal Həmid Cabbarlı sərbəst buraxılıb


İyulun 16-da Azərbaycan Respublikasına dəstək məqsədilə Tehranda Ermənistan səfirliyi qarşısında keçirilən aksiyada həbs edilən milli fəal 11 gün sonra zəmanət qarşısında sərbəst buraxılıb.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.





Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.





İyulun 16-da Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı saxlanılan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim və Sədullah Sasanidən 7 gündür ki heç bir məlumat yoxdur. Təbrizin milli fəalları bu 5 aksiyaçının Sepah”ın həbsxanasına köçürüldüyünü təxmin edirlər.

Geri dön