Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran polisi ötən həftə 19 tondan çox narkotik vasitə müsadirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran polisi ötən həftə 19 tondan çox narkotik vasitə müsadirə edib

İran polisi ötən həftə 19 tondan çox narkotik vasitə müsadirə edib


Ötən həftə ərzində İran polisinin həyata keçirdiyi əməliyyat nəticəsində 19,884 ton narkotik vasitə müsadirə olunub

Bu barədə İranın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsi məlumat yayıb. Bildirilib ki, polis xüsusi əməliyyatı Sistan-Bəlucistan, İsfahan, Kirman, Xorasan, Yəzd və Buşəhr vilayətlərində həyata keçirib.

Onun sözlərinə görə, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmaya məxsus 18 ədəd avtomat silah və heç bir sənədi olmayan 423 avtomobil də müsadirə edilib. Həbs olunanlar var, istintaq davam edir.

Vurğulanıb ki, ötən illə müqayisədə cari ildə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrana keçirilməsi 20 faiz artıb. Ötən il polis ilə xüsusi xidmət orqanları birlikdə 2319 xüsusi əməliyyat həyata keçiriblər və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 1886 silahlı qrup məhv edilib. Bu əməliyyatlarda 30 əsgər qaçaqmalçılarla silahlı toqquşmada şəhid olub.

Geri dön