Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəallar Əli və Rza Vasiqi məhkəməyə çağırılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəallar Əli və Rza Vasiqi məhkəməyə çağırılıblar

Milli fəallar Əli və Rza Vasiqi məhkəməyə çağırılıblar


İyulun 27-də göndərilən çağırış vərəqəsinə əsasən, Vasiqi qardaşları avqustun 10-da Təbriz vaxtı ilə saat 09:00-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidirlər.

Çağırış vərəqəsində milli fəalların “bölücülük və millətçilik məzmununda mətnlər yaymaqla milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma”da günahlandırldıqları bildirilib.





Vasiqi qardaşları iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar. İran rejiminin hüquq-mühafizə orqanları əməkdaşları milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.

Məmurların qardaşlara qarşı fiziki zorakılığı o qədər şiddətli olmuşdu ki, məsələyə qonşular və ətrafda olan mağaza sahibləri də etiraz etmişdi.

Milli fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə ödəməklə müvəqqəti azadlığa buraxılıblar.





Azadlığa çıxandan sonra Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara izləri açıq-aydın görünürdü.

Geri dön