Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran vurduğu təyyarəyə görə kompensasiya ödəmək üçün Ukraynaya heyət göndərir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran vurduğu təyyarəyə görə kompensasiya ödəmək üçün Ukraynaya heyət göndərir

İran vurduğu təyyarəyə görə kompensasiya ödəmək üçün Ukraynaya heyət göndərir


Bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.


O bildirib ki, müzakirələr zamanı Ukrayna təyyarədə vətəndaşları ölmüş bütün ölkələri təmsil edəcək.


"Baş verən hadisə İrandan etdiyi əmələ görə ən böyük bədəli ödəməyi istəməyimizi tələb edir", - deyə Dmitri Kuleba əlavə edib.


Nazir, eyni zamanda, qeyd edib ki, təzminatın məbləği lazım olan müşavirə, görüş və müzakirələrin aparılmasından sonra açıqlanacaq.


Xatırladaq ki, "Sepah"ın yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini raketlə vurması nəticəsində hava gəmisinin göyərtəsində olan 176 nəfərin hamısı faciəvi şəkildə ölmüşdü.

Geri dön