Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urumçidə COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Urumçidə COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub

Urumçidə COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub


Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçi şəhərində COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub.

Şəhərdə epidemioloji nəzarət tədbirlərində səlahiyyətli qurumların əməkdaşları ilə yanaşı, könüllülər də fəal iştirak edirlər. Könüllülər şəhərin müxtəlif yerlərində sakinlərin bədən hərarətinin ölçülməsi, qapalı rejimdə olan yaşayış məhəllələrinin sakinlərinə ərzaq və digər gündəlik tələbat mallarının çatdırılması, xüsusi qayğıya ehtiyacı olan şəxslərə baxıcılıq xidmətlərinin göstərilməsi, habelə sosial məsafənin qorunmasına nəzarət işlərinə dəstək verirlər.

Urumçidə pandemiyanın ikinci dalğası başlayandan sonra şəhər rəhbərliyi sakinlərin koronavirus testindən kütləvi keçirilməsinə də başlayıb. Artıq yüksək riskli zonada olanların birinci mərhələdə test edilməsi başa çatıb. Bu mərhələdə 1,7 milyon nəfər test edilib. Hazırda həmin əhali qrupu üzrə ikinci dəfə test aparılır. Test prosesini həyata keçirmək üçün Çinin digər şəhərlərindən Urumçiyə tibbi briqadalar cəlb olunub.

Qeyd edək ki, 149 günlük fasilədən sonra iyulun 15-də Urumçidə ilk yoluxma qeydə alınıb. Sonra isə yoluxma sayında artım müşahidə olunub. Ötən gün isə rekord sayda - 57 təsdiqlənmiş və 13 asimptomik yoluxma qeydə alınıb. Virusa yoluxanlarla yaxın təmasda olmuş 8809 nəfər tibbi nəzarət altındadır.

Geri dön