Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliya A Seriyası: “Atalanta” və “İnter” qələbə qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İtaliya A Seriyası: “Atalanta” və “İnter” qələbə qazanıb

İtaliya A Seriyası: “Atalanta” və “İnter” qələbə qazanıb


İyulun 28-də İtaliya A Seriyasının 37-ci turuna start verilib.

Turun mərkəzi görüşü “San Siro” stadionunda baş tutub. “İnter” əzəli rəqibi “Napoli” klubunu qəbul edib. Görüş 2:0 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Danilo Dambrosio və Lautaro Martines fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “İnter” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Napoli” isə 59 xalla 7-ci yerdə qərarlaşıb.

Günün digər oyununda isə üçüncü pillədə qərarlaşan “Atalanta” səfərdə “Parma”nın qonağı olub. Oyunda hesabı meydan sahibləri Dejan Kuluseviçin sayəsində açsa da, “Atalanta” ardıcıl iki dəfə qol vuraraq oyunda qələbə qazanıb. Berqamo təmsilçisinin heyətində Ruslan Malinovskiy və Alexandro Qomez fərqləniblər.

“Atalanta” 78 xalla üçüncü, “Parma” isə 46 xalla 11-ci yerdədir.

Turun qalan görüşləri iyulun 29-da keçiriləcək.

Geri dön