Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü yağışlar Yaponiyanın Yamaqata prefekturasında ciddi fəsadlar törədib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Güclü yağışlar Yaponiyanın Yamaqata prefekturasında ciddi fəsadlar törədib

Güclü yağışlar Yaponiyanın Yamaqata prefekturasında ciddi fəsadlar törədib


Güclü yağışlar Yaponiyanın şimal-şərqində yerləşən Yamaqata prefekturasında ciddi fəsadlar törədib. Məcrasından çıxan Moqami çayı ətraf əraziləri su altında qoyub.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, qeyri-sabit hava şəraiti iyulun 28-də prefektura ərazisində rekord yağıntının düşməsinə səbəb olub. Bildirilir ki, iyulun 28-29-da səhər saatlarında Oyşida şəhərinin üç rayonunda və Okura kəndində çayın daşması müşahidə edilib.

Yerli hakimiyyət orqanları əhalini maksimum ehtiyatlı olmağa, təxliyə barədə xəbərdarlıqları diqqətlə izləməyə çağırıb.

Yaponiya ərazisində yağışlar fəslinin davam etməsi nəticəsində iyulun 29-da böyük bir ərazidə hava şəraitinin qeyri-sabit qalacağı bildirilir.

Eyni zamanda, Tohoku regionunun şimal-şərq hissəsində günorta saatlarına güclü yağışlar proqnozlaşdırılır.

Geri dön