Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 475 növ qida məhsulu sürətlə bahalaşmaqdadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda 475 növ qida məhsulu sürətlə bahalaşmaqdadır

İranda 475 növ qida məhsulu sürətlə bahalaşmaqdadır


Bu barədə ölkənin televiziya kanallarından birinin verilişində məlumat verən İranın Statistika Mərkəzinin rəhbərinin müavini Eyyub Fəramürzü bildirib ki, kəskin bahalaşmaya görə İran dünyanın ən yüksək inflyasiya həddi qeydə alınan 4 ölkəsindən birinə çevrilib.


Onun sözlərinə görə, təqdim etdiyi statistikanı İranın 231 şəhər və 626 kəndində yaşayan müxtəlif ailələrin xərcləri və istifadə etdikləri bəzi qida məhsullarının miqdarını hesablamaqla əldə ediblər. Araşdırmalar göstərib ki, ölkəboyu 475 növ qida məhsulunun qiyməti inflyasiya həddini nəzərə alaraq, orta hesabla 26% sürətlə bahalaşmağa doğru gedir.


Proqramda iştirak edən digər mütəxəssislər isə qeyd ediblər ki, əslində ölkədə qida məhsullarının bahalaşması Eyyub Fəramürzünün təqdim etdiyi rəqəmlərdən də kifayət qədər yüksəkdir.


Xatırladaq ki, iyulun 22-də İran Prezidenti Həsən Ruhani də ölkədə kəskin bahalaşmanın olduğunu etiraf edərək, qiymətlərin artması ilə mübarizə üçün Bazarın Tənzimlənməsi Qərargahına tapşırıq verəcəyinə söz vermişdi.


İyulun 20-də isə İranın vitse-prezidenti İshaq Cahangiri Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri ilə görüşündə xalqın yaşayış səviyyəsinin çox aşağı olduğunu, buna görə də utanc hissi keçirdiyini demişdi.


Ümumiyyətlə, son aylar ərzində İranda iqtisadi vəziyyətin kəskin ağırlaşması fonunda əhali minimum yaşayış standartlarını belə təmin etməyə qadir deyil. Xüsusilə, son dövrlər müxtəlif şəhərlərdə ev kirayələrini ödəyə bilmədikləri üçün insanların qəbirsanlıq ətrafında, binaların damlarında, maşınlarda, dəmir vaqonlarda və s. bu cür əlverişsiz məkanlarda gecələmələrinə dair məlumatlar yayılır.


İran parlamentinin Araşdırmalar Mərkəzinin statistikasına əsasən, ölkənin bütün bölgələrində 2011-ci ildə 500 min tümən hesab edilən aylıq orta kasıblıq həddi hazırda 2 milyon tümənə, paytaxt Tehranda isə 1 milondan 4 milyon tümənə yüksəlib.


Məlumatda həmçinin bildirilir ki, ölkə üzrə 2011-ci ildə 15%-dən bir az artıq olan kasıblıq həddi 2018-ci ilin mart ayında 18.4%-ə çatıb. Bu isə göstərilən zaman dilimdə qeydə alınmış ən yüksək həddir.

Geri dön