Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib

Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib


Bu ilin fevralından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Xalq artisti Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıdıb. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan ustad pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynayıb.

Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycanda Xan Şuşinski Fondunun yaradıldığı qeyd olunur.

Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa mahnılarla Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır.

Özbək dilində istifadəyə verilmiş “Xon Shushinskiy” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xon_Shushinskiy linkində tanış olmaq mümkündür.

Geri dön